Yeni il çıxışında Paşinyan "Müttəfiqlərini” ittiham etdi

Yeni il çıxışında Paşinyan
 

Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqına Yeni il təbrikində bir çox məsələlərdən danışıb.

Xəstə erməni təfəkkürünü yenə işə salan baş nazir Yeqişe Çarentsin “Nairi ölkəsi” romanını yada salıb.  Paşinyan gileylənib ki, erməni xalqının çoxu romanı oxumayıb, “çünki orada verilən mesajları başa düşmürlər”.

Paşinyanın çıxışından belə anlaşlıb ki, “Nairi ölkəsi”də erməni xalqının başına gələcəklərinin səbəbi haqda mesajlar var. O, “erməni təfəkkürünün və ruhunun nəhəngi” adlandırdığı Ovannes Tumanyanın unudulmasını da “milli və dövlət maraqları anlayışının təhrifi” kimi izah edib.

Paşinyan Ermıənistanın təxribatları nəticəsində baş verən sərhəd gərginliyini yada salaraq, Azərbaycanın adını çəkmədən “suveren əraziyə qarşı təcavüz faktı” yalanını yenə təkrarlayıb. O deyib ki, bu hadisələr Ermənistan üçün ikiqat ağrılı olub, “çünki müttəfiqlərimiz bizi tək qoyaraq, passiv müşahidəçi statusunda qalmağı” üstün tutublar.

Aydındır ki, Paşinyan Rusiyanı və onun əsas söz sahibi olduğu KTMT-ni nəzərdə tutub, bu sözləri dilə gətirib. Baş nazir yenə də əsasən “bacı”sı Fransanın adını çəkməyərək belə deyib: “Amma biz dünyada tək qalmadıq və mən bu vəziyyətə biganə qalmayan, ölkəmiz qarşısında heç bir öhdəliyi olmayan, regionumuzda təhlükəsizliyin və sabitliyin bərqərar olması üçün misilsiz qərarlar qəbul edən dövlətlərə və beynəlxalq təşkilatlara təşəkkür etmək istəyirəm”.

Ermənistanın baş naziri Azərbaycan ekofəllarının Laçın yolunda davam edən dinc aksiyasını yenə blokada kimi qiymətləndirib, bu vəziyyətin Qarabağdakı “bacı-qardaşlarının çətin vəziyyətə saldığını” söyləyib. “Mən bu vəziyyətə siyasi qiymət verilməsi və mümkün həll yolları barədə artıq dəfələrlə danışmışam. İndi blokadada olan bacı-qardaşlarımızı qucaqlayıram”, deyən baş nazir əlavə edib ki, regiondakı vəziyyətlə bağlı bütün erməni xalqının “düşünməsi üçün müstəsna vaxt yetişib”.

Paşinyan deyib ki, “buna görə də qlobal və regional fırtınalara və yeni təhlükəsizlik çağırışlarına cavabımız asimmetrikdir. Çağırışlar nə qədər kəskin olsa, biz bir o qədər də institusional, sosial-iqtisadi, siyasi, demokratik islahatlara, inkişaf gündəliyinə diqqət yetiririk, çünki bu, bizim bugünkü dayanıqlığımızı artıracaq və sabahkı firavanlığımızı təmin edəcək yeganə yoldur”- deyə, bildirib.

Erməni baş nazir çıxışının böyük əksəriyyətini isə Ermənistanın “iqtisadi inkişafına dair faktları” sadalamağa həsr edib. Baş nazirin iddiasına görə, Ermənistanda iş yerlərinin sayı 700 mini keçib ki, “bu da müasir Ermənistan tarixində görünməmiş nəticədir: “2018-ci il “məxməri inqilab”ın qələbəsindən sonra Ermənistanda 153 minə yaxın yeni iş yeri açılıb. Qeyd etmək vacibdir ki, ötən ilin noyabr ayı ilə müqayisədə cari ilin noyabr ayında bir işçiyə düşən orta əmək haqqı təxminən 45 min dram və ya 20 faiz artıb, bu isə o deməkdir ki, Ermənistanın qlobal inflyasiya şəraitində sosial böhranla üzləşəcəyi təhlükəsi özünü doğrultmayıb”.

Baş nazir deyib ki, Ermənistan “tikinti bumu” var, on minlərlə ailə yeni tikililərdə, o cümlədən dövlət dəstəyi ilə mənzillər alır.

Qeyd edək ki, Paşinyanın dediyinin əksinə olaraq, rəsmi rəqəmlərə görə, Ermənistandan son iki ildə tərk edənlərin sayı kəskin artıb. (musavat.com)  

0.034816980361938