Bakıda azyaşlıların əxlaqsızlıq yuvasına cəlb olunması halları artıb - VİDEO

Bakıda azyaşlıların əxlaqsızlıq yuvasına cəlb olunması halları artıb - VİDEO
 

İstənilən ölkədə, Hotel hostelə rast gəlmək olur. Bir ölkənin inkişafını istəyirsənsə xarici qonaqları qarşılamaq üçün bu cür şəraitlərin olması normaldır, amma təbii ki, sözü gedən məkanlara istənilən qonaqı qəbul edərkən onun şəxsiyyətini təsdiq edən sənədlərinə diqqət yetirmək vacibdir.

İstənilən ölkədə, Hotel hostelə rast gəlmək olur. Bir ölkənin inkişafını istəyirsənsə, xarici qonaqları qarşılamaq üçün bu cür şəraitlərin olması normaldır. Amma təbii ki, sözü gedən məkanlara istənilən qonaqı qəbul edərkən onun şəxsiyyətini təsdiq edən sənədlərinə diqqət etmək vacibdir.

Ölkəmizdə günü-gündən inkişaf edən hotel hostel şəraitlərinin qiymətləri heç də digər ölkələrdən geri qalmır.

Amma çox təəssüflər olsun ki, bu işdən su istfadə edərək, ölkəmizə xələl gətirən, şəhər mərkəzindən kənarda gizlənib, ölkənin nüfuzuna xələl gətirən hotel adı altında əxlaqsızlıq yuvası kimi faliyyət göstərənlər də çoxdur.

"Azərbaycan Reallığı"na məlumat verən adının çəkilməsini istəməyən valdeyinlərdən biri bildirir ki, onun övladı və bacısının 13 yaşlı qızı 28.12.2022 cu il tarixində təxminən saat 17:00-18:00 radələrində yaşadıqları ünvandan yoxa çıxıb.

Ailəsi saatlarla axtarış aparsalar da onları tapmaq mümkün olmayıb. Gecə saatlarında 102 xidmətinə müraciət edən valideyinlər, müraciətləri qeydə alındıqdan bir neçə saat sonra Azərbaycan polisinin peşəkar operativ əməliyyat qrupu uşaqları 29.12.2022 cu il tarixində təxminin saat 12:00 radələrində taparaq idarəyə gətiriblər.

Sözü gedən azyaşlılar hüquq-muhafizə orqanları tərəfindən dindirildikdən sonra məlum olub ki, onlar evdən çıxarkən iki nəfər 20-21 yaşlı bəylər tərəfindən məcburi qaydada hətta zorakılıq və təhdid altında Abşeron rayon Xırdalan qəsəbəsi Şah Abbas adlanan ərazidə hotel adı altında faliyyət göstərən, əslində isə əxlaqsızlıq yuvası olan "Darvaza" hotelinə aparıblar.

Hotel adı altında fəaliyyət göstərən məkanda təxminən 15 saata yaxın qalıblar. Sözü gedən şəxslərlə hotelə daxil olan azyaşlı xanımların sənədi yoxlanılmayıb, onlara sərbəst şəkildə otaq verilib. Təbii ki, onların sözü gedən bu məkanda saatlarla qalması onların azyaşlı yaşında, bəlkə də üzərlərinə qara xətt çəkir.

Günahkarlar isə bu cür məkanları kimlərinsə himayədarlığı altında işlətməsi ilə əldə etdiyi qazancla qız övladlarını bədbəxt edirlər. Görəsən günü-gündən inkişaf edən və ölkəmizdə azyaşlıların sənədlərini yoxlamadan onları hotelə buraxmaqla, bu cür xoşa gəlməz halların davamlı inkişafının arxasında hansı qüvvələr dayanır?

Bu şəxslərə bu cür səlahiyyəti kim verib? Çox guman ki, burada artıq sözü hüquq-muhafizə orqanlarının ədalətli araşdırmasından sonra bəlli olacaq.

"Azərbaycan Reallığı"na müraciət edən azyaşlıların valdeyinləri bildirir ki, baş vermiş xoşagəlməz hadisə ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsində araşdırma gedir. Azyaşlı qızların üzərində müəyyən ekspertiza hərəkətləri aparmaqla, hüquq-muhafizə orqanları araşdırmalar aparır.

"Azərbaycan Reallığı" bu mövzunu diqqətdə saxlayacaq və inanırıq ki, güc strukturları ölkəmizdə qeyri-qanunu fəaliyyət göstərən bu cür axlaqsız yuvalarının tez bir zamanda aşkar edərək fəaliyyətini dayandıracaq.

 

0.018939971923828