Niyə həmrəy ola bilmirik?
Siracəddin Hacı:
Həmrəylik hamının eyni biçimdə düşünməsi anlamını daşımır, toplumu təşkil edən insanların ortaq dəyərlər əsasında birləşməsi, bu dəyərlər uğrunda mücadilə etməsi mənasını daşıyır. Həmrəyliyin əsası dəyərlərdir, dəyərlər toplumu var edir, mayalayır, qoruyur, birləşdirir, gücləndirir, hədəflər göstərir, çalışdırır. Toplumu inşa edən qurucu dəyərlər bunlardır:
- TÖVHİD – Qurani-Kərimə bağlı din anlayışı;
- AZADLIQ;
- ƏDALƏT;
- MİLLİ BİRLİK;
- BARIŞ;
- MƏRHƏMƏT;
- CƏSARƏT;
- ƏXLAQ;
- RİFAH;
- ELM, TƏHSİL;
- MÜSTƏQİL, AZAD AZƏRBAYCAN İDEALI;
- AZAD MƏTBUAT;
- Azərbaycanda bu dəyərlərin heç biri hakim olmuş, haqqı verilmiş, bədəli ödənmiş, nemətə çevrilmiş anlayış deyil;
- Hakimiyyətin qaynağı xalq deyil – seçməyənlər, ağlının, iradəsinin haqqını verməyənlər böyüməz, ortaq milli iradəyə, hədəfə sahib ola bilməzlər;
- Zülm var – ağılı, iradəni, ümidi öldürür, inkişafa imkan vermir;
- Qorxunc rüşvətxorluq var – haramı çoxaldır, insan haqlarını yeyir, nifrəti, didişməni artırır;
- Yerliçilik var – xalqı bölür, milli gücün, kimliyin formalaşmasının yolunu kəsir;
- Məzhəbçilik var – Azərbaycan xalqını ümmət şüurundan məhrum edən virusdur;
- Xurafələr var – ağılı, iradəni öldürür, sürüləşdirir, cəhaləti dərinləşdirir;
- Milli sərvət ədalətlə bölünmür – yoxsulluq insanların enerjisini bitirir, onların özlərinə maya qoymasına imkan vermir;
- Qorxu var – xeyir uğrunda hərəkatın yolunu kəsir, ağılı, vicdanı, iradəni şikəst edir;
- Azad mətbuat yoxdur – bu, cəhalətin, köləliyin ömrünü uzadır, fərqliliyin, azad rəqabətin ortaya çıxmasına, inkişafın önünün açılmasına mane olur;
Azərbaycan xalqı bu xəstəliklərdən qurtulmasa, kimliyini inşa edən qurucu dəyərləri doğru oxumasa, qavramasa, uğrunda mücadilə etməsə, onlara uyğun yaşamasa, kiçiləcək, bölünəcək, zəifləyəcək, haqlarını əldə edə və qoruya bilməyəcək, düşmənlərinə yem olacaq.
2023-CÜ İLİN HƏMRƏYLİYİMİZİ İNŞA EDƏN DƏYƏRLƏR UĞRUNDA MÜCADİLƏ İLİ OLMASI DUASI İLƏ ALLAHA ƏMANƏT OLUN!
Paralel.az