Millət vəkili bəyani-aləm etdi ki...

Millət vəkili bəyani-aləm etdi ki...
 

Qəzənfər Həmidoğlu yazır:

Zahid Oruc Milli Məclisdə çox gözəl izhar və bəyani-aləm etdi ki, “indi Bakı Xankəndi, İrəvan və Təbrizdə yaşayan milyonlarla insanın ümid yeridir”.
Bu zaman dərbəndlilər dərindən bir ah çəkdilər, elə nalə qopardılar ki, Narınqalanın bürcləri titrədi: ”Nədən bizim dəmir qapımızı döyən, adımızı çəkən yoxdur? Əcaba nədən biz unudulduq?”

Qəfildən göylərdən, “Qırxlar qapısı” səmtindən bir səs gəldi. Göy guruldayır, şimşək çaxırdı, odur ki, dərbəndlilər sədayi-qayibanədən bir şey anlamadılar. Sonra leysan başladı və Dərbənd əhli evlərinə tələsdi ki, “Dərbəndnamə”də və ya “Tarixi-Bab əl-Əbvab”da bəlkə bu əhvalata bir işarə-eyham tapa bildilər... 

"Paralel.az"

0.04731297492981