Ayına şükür, ilahi!

Ayına şükür, ilahi!
 

Qəzənfər Həmidoğlu: 

Dmitri Medvedev Putinin ikiqat müavini oldu. RF Təhlükəsizlik Şurasında Rusiya prezidentinə müavinlik edən eks-prezidenti Kremlin sahibi bu həftənin əvvəlində RF Hərbi-sənaye komissiyasında sədrin – yəni, özünün 1-ci müavini təyin etdi. 

Görünür ki, həmin gün, bazar etrəsi səhər tezdən Medvedevin Telegram səhifəsində dərc etdiyi 2023-cü il üçün 10 superabdal, hiperdebil “futuristik hipotez” Putini çox feyziyab edib. 

Düzdür, sosial şəbəkədə bəziləri “qanacaqsızlıq” etdilər, “Kreml Nostradamusu”na “kretin, idiot və debil!” kimi epitetlər yapışdırdılar. Amma əsas odur ki, müavinin proqnozları sədrin ürəyindən xəbər verib.
Medvedev təxminlərində Qərbin anasını “futuristik ağladır”: Polşa və Macarıstan “keçmiş Ukrayna”nın qərb vilayətlərini zəbt edir; Britaniya Avropa Birliyinə qayıdır; Almaniyada 4-cü Reyx yaranır və Fransa ilə müharibəyə başlayır, Avropanı bölürlər; Şimali İrlandiya Birləşmiş Krallıqdan ayrılır və İrlandiya Respublikasına birləşir; ABŞ-da vətəndaş müharibəsi başlayır, Kaliforniya və Texas müstəqil dövlət olur, Texas və Meksika ittifaq yaradır, Amerikanın bir neçə ştatında keçirilən prezident seçkisində İlon Mask qalib gəlir; neft-qaz bahalaşır, dünya avro və dollardan imtina edir və s. 

Bəzilərinə görə, Medvedevə daha çarə yoxdur, digərləri əmindirlər ki, bu, trollinqin tarixi zirvəsidir. Bir başqaları hesab edirlər ki, böyük kombinator Ostap Bender böyük fantazyor Medvedevin yanında qələt edir.
Amma! Müavinin transformasiyası məhz son 9-10 aya təsadüf edir və bu, iddia etməyə əsas verir ki, Jirinovskinin ruhu Medvedevin bədəninə tranzit edib...

"Paralel.az"

0.017949104309082