Məhəmməd Əmin Rəsulzadənin mirası bunlardır - II yazı

Məhəmməd Əmin Rəsulzadənin mirası bunlardır - II yazı
 

Siracəddin Hacı:
Dünənki yazımda dedim ki, MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN varisi Azərbaycan xalqıdır, mirası olan varisinə miras verər, MƏHƏMMƏD ƏMİN BƏYİN , müstəqil, azad AZƏRBAYCAN uğrunda mücadilə etmiş, milli nemət, sərvət olan şəxsiyyətlərin mirası bunlardır:
- CÜMHURİYYƏT – monarxiya sisteminin əksidir, monarxiyada hakimiyyətin qaynağı ailə, CÜMHURİYYƏTDƏ xalqdır, dövlətin adı AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİDİR, xalqın iradəsi ilə qurulan, xalqın iradəsi ilə idarə edilən dövlət biçimidir, Parlament idarə üsulu olan Respublikadır, Parlamentdə səkkiz partiyanın təmsilçisi var;
- 114 min kvadrat kilometrlik Azərbaycan;
- Üçrəngli şanlı bayraq, dövlət himni – milli kimliyin, milli birliyin, müstəqil, azad yaşamaq iradəsinin simvoludur;
- XİLASKARLIQ – Cümhuriyyət Azərbaycan xalqını rus-erməni quldurlarının bu xalqın kökünü kəsmək siyasətindən, qırğınından xilas etdi;
- AZADLIQ – Cümhuriyyət xalqa seçmək, seçilmək haqqı verdi, qadınlara ABŞ-dan, bir sıra Avropa ölkələrindən, bütün Şərqdən daha tez seçmək, seçilmək haqqı tanıdı;
- ƏDALƏT – hər kəsə layiq olduğunu verəcəyini vəd etdi;
- MİLLİ BİRLİK, BARIŞ – Cümhuriyyət etnik, dil, din, cins fərqi qoymadan bütün vətəndaşlarının haqlarını qoruyacağını varlıq səbəbinin əsaslarından biri olaraq qəbul etdi;
- MƏRHƏMƏT – Cümhuriyyət sosial dövlət olacağını bildirdi, Cümhuriyyət qurucuları dövlət insan üçündür anlayışına sahib idilər;
- ELM, TƏHSİL – inkişafın əsasıdır, Cümhuriyyət ən zəif halında belə Azərbaycan xalqının övladlarını dövlət hesabına Avropa dövlətlərində oxumağa göndərdi;
- SƏBİR – DİRƏNİŞ GÜCÜ, MÜBARİZƏ ƏZMİ – Məhəmməd Əmin Rəsulzadə 71 illik ömrünün 55 ilini təmənnasız olaraq Azərbaycana həsr etdi, 35 il mühacirətdə yaşadı, ailəsini, vətənini itirsə də, əsla Azərbaycan davasından əl çəkmədi, varlığını Azərbaycan xalqına fəda etdi;
- GÖZƏL ƏXLAQ – Məhəmməd Əmin Bəy ALLAHA inandı, yalan danışmadı, iftira atmadı, haram yemədi, rüşvət almadı, sarayları, bankda hesabları olmadı – yoxdur, ciddi sıxıntıları olsa da, halal yaşadı;
- BÖYÜK SİYASİ, ELMİ, ƏDƏBİ İRS – Məhəmməd Əmin Rəsulzadənin təxminən 20 cild əsəri var, milli xəzinədir, müstəqil, azad, ədalətli Azərbaycan sevdalıları yetişdirmək üçün əvəzedilməz qaynaqdır;
UCA ALLAH MƏHƏMMƏD ƏMİN RƏSUZLADƏDƏN, CÜMHURİYYƏT QURUCULARINDAN RAZI OLSUN, AZƏRBAYCAN XALQINA ONLARIN BÖYÜK MİLLİ MİRASINA SAHİB ÇIXMAQ İMKANI VERSİN!
AMİN!

Paralel.az

0.024604082107544