Şuşa İlinə yekun vurarkən...

Şuşa İlinə yekun vurarkən...
 

Səadət Şıxıyeva:

Çox şükür ki, Şuşa ili bitmədən çəkdiyim zəhmətlərdən birinin nəticəsini görə bildim. Bu il
iyulun 5-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransın materialları bu günlərdə nəşr olundu. Bu nəfis nəşrə, gözəl tərtibata və dəyərli mövzuların təqdimatına görə çox təşəkkür edirəm, Ədəbiyyat Muzeyi! Muzeyin direktoru Rafael Huseyn müəllim başda olmaqla nəşrin ərsəyə gəlməsində əməyi keçən hər kəsə - Shafag Alıbaylı xanıma, Nazmiyya Yigitoğlu xanıma və digər həmkarlara sonsuz təşəkkürlər! Uğurlarınız davamlı, nəşriniz düşərli olsun!

P.S. Bu ilin yazı, yayı, payızı, üstəgəl məzuniyyətim Şuşaya həsr olundu. Nəticədə bir həcmli kitaba ("Kadim Vatan Karabağ") həmmüəllif oldum, iki məqaləni mötəbər nəşrlərə təqdim etdim (ümumilikdə 70 səhifə). Təəssüf ki, çeşidli səbəblərdən digər iki nəşr yubanır. Ümid edirəm ki, il bitmədən həmin nəşrlərdən də xəbər gələr...

"Paralel.az"

0.057026863098145