ERMƏNİ ilə qonşu olmağın FƏSADLARI
Qalib ARİF:
“Qısa qeydlər” silsiləsindən
Dostlar, deyirəm 100 illərlə ermənilərlə qonşu olmağımız təsirsiz ötüşməyib, ermənilər bizdən, biz ermənilərdən çox şey öyrənmişik. Amma nə yazıq ki, biz ermənilərin yaxşı, öyrəniləsi cəhətlərini bir kənara atmışıq, ancaq pis cəhətlərini öyrənməyə çalışırıq. Pis xasiyyət, pis vərdiş yoluxucu olur deyirlər. Şübhə etmirəm ki, “mız” qoyanlar olacaq, hətta “erməninin yaxşı, öyrəniləsi cəhətləri var ki,..” deyənlər tapılacaq. Təbii ki, var, məsələn...
-Ermənistanın xaricində, bütün dünyada “erməni diasporu” adlı bir Ermənistan yaratmaq və bütün dünyada erməni maraqlarını qorumaq...
-Taleyüklü məqamlarda, bütün dünyada vahid bir orqanizm kimi birləşmək və öz malını, pulunu millət yolunda təmənnasız xərcləmək...
-Min illərlə dövlətçiliyi olmasa da, millət kimi məhv olmamaq, Qriqoryan kilsəsi ətrafında birləşmək, varlığını qorumaq və salamat qalmaq və s...
Bu siyahını uzatmaq olar, amma qan qaraltmaq istəmirəm, diqqəti bizim ermənilərdən öyrənmək istədiyimiz pis cəhətlərə yönəltmək istəyirəm...
-Tarixi saxtalaşdırmaq və bütün dünyanı buna inandırmağa çalışmaq...
-Dünyada ən yaxşı, ən gözəl, ən qədim nə varsa, erməni mənşəli hesab etmək...
-Erməniləri dünyada ən məzlum, ən çox əzilən, ən çox genosid edilən xalq hesab etmək, hər il “genosid” günü keçirmək və bütün dünyanın diqqətini cəlb etmək...
-Erməniləri dünyada ən qədim, ən istedadlı xalq hesab etmək və bunu utanmadan bəyan etmək, hətta “sübut” etmək və bütün dünyaya car çəkmək və s...
Təbii ki, bu siyahını da uzatmaq olar, özümüzdə bu cəhətlərin simptomlarını axtarmaq, hətta tapmaq da olar, amma kiminsə xətrinə dəymək istəmirəm... Düşünməyə isə dəyər...
Paralel.az