Həftənin günlərinin qısa zikrləri hansılardır?

Həftənin günlərinin qısa zikrləri hansılardır?
 
Dua kitablarında həftənin hər gününün, eləcə də ayın hər gününün və gecələrinin müstəhəb zikr və duaları qeyd edilmişdir. Bu zikr və duaların həcmi və oxunuş şərtləri fərqlidir. Onları oxumaq vacib deyil, müstəhəb sayılır, yəni bəyənilir və böyük savabı var. Həftənin hər günü üçün aşağıdakı zikrlərin 100 dəfə və daha artıq təkrar edilməsi gözəl əməldir:

Bazar ertəsi - "ya Qaziyəl-hacat" (ey ehtiyacları yerinə yetirən).

Çərşənbə axşamı - "ya Ərhəmər-rahimin" (ey rəhmlilərin ən rəhmlisi).

Çərşənbə - "ya Həyyu ya Qəyyum" (ey hər kəsə həyat verən və hər kəsə dayanıqlıq bəxş edən).

Cümə axşamı - "la ilahə illəllahül-Məlikül-Həqqül-Mübin" (hər şeyin maliki, haqq və hər şeyə aydınlıq bəxş edən Allahdan savayı məbud yoxdur).

Cümə - "Allahummə salli əla Mühəmmədin və ali-Mühəmməd və əccil fərəcəhum" (İlahi, Sənin salavatın olsun Mühəmmədə və Onun nəslinə, İmam-zamanın zühurunu tezləşdir).

Şənbə - "ya Rəbbəl-aləmin" (ey aləmlərin Rəbbi).

Bazar - "ya Zəl-cəlali vəl-ikram" (ey cəlal və kəramət sahibi).
 
0.018868923187256