Dayan! -dedi Azərbaycan

Dayan! -dedi Azərbaycan
 

Arzu Əsəd :

...Və nəhayət
qəzəbinə, nifrətinə yığılan xalq,
bir sevdaya düyümlənən,
bir yumruğa sıxılan xalq:
- Dayan! - dedi.

Bağrındakı yaraları
bir-bir sökdü, bir-bir açdı,
tarix köpdü, tarix daşdı:
- Dayan! - dedi

Təbiət də bu savaşda,
təbiət də bir təlaşda,

yer də, göy də, dağ da, daş da:
- Dayan! -dedi.

Məzarında çevrilənlər
yetər dedi, yetər, yetər,
qisas qalmaz qiyamətə,
- Dayan! - dedi.

Şəhadətə qoşan ruhlar
bədənlərdən fışqıraraq,
qan-qırmızı qışqıraraq:
- Dayan! -dedi.

- Dayan! -dedi Azərbaycan:
- Dayan! -Dayan!..

Paralel.az

0.13187408447266