"Elməddin mənimlə zorla cinsi əlaqədə oldu" - 15 yaşlı qız

 

Bakıya qaçan qızın başına gələnlər- hamilə qaldı, uşağı abort etdirdi və...

Bakı Ağır Cianyətlər Məhkəməsində oğurluqda və quldurluqda təqsirləndirilən 1997-ci il təvəllüdlü Xıdırov Elməddin Mirzə oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Məhkəmədə məlum olub ki, 15 yaşlı qızı zorlamada təqsirləndirilən şəxs 20 yaşlı Elməddin Xıdırov cinayət əməli törətməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə də cinayət işi açılıb.
Qeyd edilən epizod üzrə zərərçəkmiş şəxs məhkəmədə ifadə verib. Yetkinlik yaşına çatmayan Sevda Qasımova (ad və soy ad şərtidir) məhkəmədə ifadə verərkən Elməddin Xıdırovu tanıdığını deyib. O, başına gələnləri məhkəmədə danışıb.

Bildirib ki, Masallıdakı evlərindən qaçdıqdan sonra Bakıya gəlib. O, Bakıda başqa bir dostu vasitəsi ilə Elməddin Xıdırovla tanış olub. S.Qasımova gecə qalmağa yerinin olmadığını və Elməddin Xıdırovun təklifi ilə onun dediyi evə getdiyini söyləyib. Zərərçəkmişin dediyinə görə, Elməddin Xıdırov həmin evdə onunla cinsi əlaqədə olub.

Sualları cavablandıran S.Qasımova deyib ki, evdəkilərlə yola getmədiyi üçün evdən qaçıb. Məlum olub ki, zərrəçəkmiş şəxs E.Xıdırovla Bakıda çimərliyə də gedib. O, bunu öz xoşu ilə etdiyini söyləyib.
Sevda məhkəmənin suallarına cavabında deyib ki, evində gecələdiyi Elməddin onunla zorla cinsi əlaqdə olub.

Dövlət ittihamçısının sualına cavab verən S.Qasımova daha əvvəl də evdən qaçdığını və qardaşı ilə aralarında problemlərin olduğunu söyləyib. O, bildirib ki, başqa şxəslərlə sosial şəbəkələrdə danışmasına 23 yaşlı qardaşı icazə vermirmiş və onunla mübahisə edirmiş.

Zərərçəkmiş hazırda anası ilə yaşadığını və hadisədən sonra polisə məlumat verməməsinin səbəbini valideynlərindən qorxması ilə izah edib. Məhkəmədə hadisənin daha dəhşətli təfərrüatı üzə çıxıb. Məlum olub ki, yetkinlik yaşına çatmayan S.Qasımova bu yaşananlardan sonra hamilə qalıb. 15 yaşında hamilə qalan S.Qasımova daha sonra uşağı abort etdirdiyini söyləyib.

S.Qasımova kimdən hamilə qalması ilə bağlı suala dəqiq cavab verməkdə çətinlik çəkib. Daha əvvəl başqa şəxslə cinsi əlaqədə olduğunu bildirib. Sonrakı fikirlərində isə E.Xıdırovdan hamilə qaldığını söyləyib.

Zərərçəkmişin verdiyi ifadəyə təqsirləndirilən Elməddin cavab verib. Deyib ki, S.Qasımovanı heç nəyə məcbur etməyib: “Birlikdə qaldığımız gecə mağazaya getdik. Əgər onu zorla saxalasaydım oradan qaçardı, ya kiməsə nəsə deyərdi. Dedikləri yalandır”.

Məhkəmədə zərərçəkmiş anası Mətanət Xəlilova (ad və soy ad şərtidir) da ifadə verib.
O deyib ki, qızı qardaşı ilə mübahisə etdikdən sonra evdən qaçıb. Ana bildirib ki, qızının "20 Yanvar" metrosu yaxınlığında olmasından xəbər tutduqdan sonra onu evə qaytarıb. Axşam qızı ona Elməddin adlı şəxs tərəfindən zorlandığını deyib.

"Məni aldatdı ki, gecəni parkda qalmışam. Qolunda izlər var idi. Nə olduğunu bilmədim. Sonra danışanda polisə müraciət etdik”- deyə zərərçəkmişin anası söyləyib.
Övladları ilə məşğul olmaması və onları tək qoyması haqda suallara cavab olaraq isə ana bunları deyib: “Mən xərçəng xəstəsiyəm. İrana dəfələrlə müayinəyə getmişəm. Ataları da yoxdur”.

Ana təqsirləndirilən şəxsin vəkilinin zərərçəkmiş qızının daha əvvəl də evdən qaçması və başqa şəxsin ona qarşı seksual hərəkətlər etməsi haqda suallarına cavabında bunları bildirib: “Asim adlı şəxs qızımın arxasınca düşürdü. Onu istədiyini deyirdi. Qardaşı da qızımla ona görə dalaşıb. Biz də Asim qızımı rahat buraxsın deyə polisə şikayət etdik. Amma o, qızıma heç nə etməmişdi”.

Məhkəmədə təqsirləndirilən Elməddin Xıdırovla zərərçəkmişin anası arasında mübahisə düşüb. E.Xıdırov S.Qasımovanın könüllü olaraq onunla cinsi əlaqədə olduğunu və anasının yalan danışdığını bildirib.

Bu zaman tərəflər arasında gərginlik yaranıb. Zərəçəkmiş və anası məhkəmə zalından çıxarılıb.
Proses davam edir...

0.013065814971924