Zülümə səssiz qalan şeytandır

Zülümə səssiz qalan şeytandır
 

Çingiz Şahbazi:
Hardasa 20 gündür Doğu Türkistan, Çin zülmü altında qan ağlayır. Dünya susur. Müsəlman dünyasında da susqunluqdur. Nə mətbuatın səsi çıxır, nədə ki, insanlığın. Xəstəlik adı altında bütün müsəlman əhalisinin qapıları Çin hökuməti tərəfindən, çöldən zəncirlərlə bağlanıb. Heç kimin küçəyə çıxmağa haqqı hüququ yoxdur.

Evlərdə yemək və digər ehtiyaclar tükənib. Aclıq və səfalət hökm sürür. Bu arada yanğın baş verməsi nəticəsində, qapı və pəncərələrin qapalı olmasından dolayı, bir neçə ailə yanaraq həyatla vidalaşmışdır. Körpə uşaqlar, qoca və xəstələr hökumətin sərt tədbirlərindən dolayı, tab gətirə bilməyərək ölürlər.

Hər keçən gün, müsəlmanlar, xüsusilə də Uyqur turkləri daha da çıxılmaz vəziyyətə məruz qalırlar. Çin hökuməti mütləq ki, bu zülmü dayandırmalıdır. Çinin bu irqçilik siyasətinə bütün hər kəs, dur deməlidir. Zülümə səssiz qalan, dilsiz şeytandır.
Paralel.az
 
0.028959989547729