Naxçıvan-ABŞ münasibətləri

Naxçıvan-ABŞ münasibətləri
 

Bir çox dostlar ABŞ-ın gerçək gücünü və nə dərəcədə dərin proseslərə təsir imkanlarını təsəvvür etmirlər.

ABŞ rəsmiləri dəfələrlə "ABŞ Azərbaycan suverenliyi və müstəqilliyinin ƏN böyük dəstəkçisidir" fikrini səsləndiriblər. Bu fikir həqiqəti əks etdirir.

Sürətlə dəyişən geosiyasi durum fonunda Naxçıvanda "xanlığın" mövcudluğu Bayden administrasiyasını narahat edirdi. Ən yüksək səviyyədə göstərişdən sonra ABŞ bu istiqamətdə ciddi fəaliyyətə başladı, bu barədə ABŞ rəsmiləri tərəfindən Naxçıvan rəhbərliyinə də sərt formada xəbərdarlıq edilmişdi.

Naxçıvan məsələsi Azərbaycan və ABŞ rəsmiləri(adlar çəkmək məqsədəuyğun deyil) arasında Vaşinqtonda da geniş müzakirə predmetlərindən biri olmuşdu.

Ağ Ev rəsmilərilə yanaşı, Naxçıvanda mövcud durum Azərbaycanın (ən!)yüksək rəsmiləri və senatorlar arasında müzakirə edildi.

Bu istiqamətdə ABŞ-ın müvafiq qurumları rəsmi Bakıya təsəvvür etmədiyiniz qədər böyük DƏSTƏK verdi.

ABŞ-ın Azərbaycandaki səfirliyinin bugünkü bəyanatı da təsadüf deyil...

Müəllif: Kamran Cəfərov

"Paralel.az"

0.099853992462158