Ruslar qiymətli eksponatları aparırlar - SƏBƏB

Ruslar qiymətli eksponatları aparırlar - SƏBƏB
 

“Rusiya muzeyləri “evakuasiya etmək” üçün müvəqqəti işğal olunmuş Krım yarımadasına qablaşdırma materialı gətirir”.

Paralel.az xəbər verir ki, bu barədə “Krım Strateji Araşdırmalar İnstitutu” qeyri-hökumət təşkilatının məlumatı məlumat yayıb.

Bildirilib ki, artıq muzey kolleksiyaları üçün təhlükə yaranıb. Ruslar qiymətli eksponatları aparırlar.

“Kolleksiyaların təxliyyəsi üçün qablaşdırma materialı Krım muzeylərinin bəzilərinə gətirilib. Məlumatlara görə, təxliyyə işğalçı qoşunların Perekopa çıxarılması halında başlana bilər. Krım Strateji Araşdırmalar İnstitutunun ekspertlərinin fikrincə , qondarma "evakuasiya" yəqin ki, Ukrayna Silahlı Qüvvələrinin Dnepr çayının sol sahilinə hücumu ilə daha erkən başlaya bilər. Biz vəziyyəti izləyirik”, - məlumatda deyilir.

0.025376081466675