"Ehtiyatımız qışdan sağ çıxmağa imkan verir" - Qavrilitsa

 

Moldovanın baş naziri Nataliya Qavrilitsa bildirib ki, ölkə qaz ehtiyatlarını artırmağa nail olub və 230 milyon kubmetr qaz toplayıb ki, bu da yanacaq tədarükü tam dayandırılacağı təqdirdə iki aya kifayət edəcək.

Paralel.az xəbər verir ki, onun sözlərinə görə, Moldovanın ehtiyatları Ukrayna və Rumıniyada saxlanılır, çünki Kişinyovun öz anbarları yoxdur.

“Bizim artıq 230 milyon ehtiyatımız var ki, bu da bizə iki aylıq qışdan sağ çıxmağa imkan verir, hətta sabah təchizatın bütün həcmi kəsilsə belə”, - Qavrilitsa bildirib.

O, əlavə edib ki, hakimiyyət orqanlarının enerji sahəsində gördüyü bütün tədbirlər, hətta Qazprom lazımi həcmdə yanacaq verməkdən imtina etsə belə, hər gün bu resurslara çıxış imkanı verir.

0.016199827194214