Premyer Liqada daha bir oyun keçirilib: Kəpəz məğlub oldu

Premyer Liqada daha bir oyun keçirilib: Kəpəz məğlub oldu
 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Paralel.az xəbər verir ki, "Kəpəz" Gəncədə "Sumqayıt"ı qəbul edib. Autsayderlərin duelində qonaqlar minimal hesablı qələbə qazanıb. Yeganə qolu 89-cu dəqiqədə kapitan Vurğun Hüseynov vurub.

84-cü dəqiqədə "gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Vurğun Hüseynov ikinci vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra "sarı-göylər" 10 xalla 9-cu, "gənclik şəhəri" təmsilçisi isə 9 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Tura bu gün saat 17:00-da başlayacaq "Zirə" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni 4:0, “Qəbələ” “Səbail”i 2:1 hesabı ilə üstələyib, “Şamaxı” Bakıda “Sabah”la heç-heçə edib - 1:1.

0.036349058151245