Çeçenistan rəhbərindən AÇIQLAMA: "Buna nail olmuşuq"

Çeçenistan rəhbərindən AÇIQLAMA:
 

“Xerson vilayətində bölgəni partlatmaq niyyətində olan diversantları saxlamağa nail olmuşuq”.

Paralel.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.

Kadırovun sözlərinə görə,” saxlanılanlardan dəyərli məlumatlar əldə olunub”.

“Xerson vilayətinin yaşayış məntəqələrinin Ukrayna cinayətkar ünsürlərindən təmizlənməsi tam sürətlə davam edir... Təxribat fəaliyyəti həyata keçirməyi planlaşdıran diversantlar saxlanılıb...”, – Çeçenistan rəhbəri qeyd edib.

Bildirilir ki, əldə edilən məlumat tezliklə Ukrayna Silahlı Qüvvələrinə qarşı istifadə olunacaq.

Bundan əlavə, onlarla silah-sursat, o cümlədən qumbaraatan və partlayıcı maddələr ələ keçirilib.

0.011803150177002