ZAMANLA BARIŞ *** Alışdım dünyanın qüssə-qəminə, Gəl alış əzizim, sən də gəl alış. Həsrətlə baxmayaq, vüsal dəminə, Bu odsuz ocağa, gəl sən də qarış, Alışdım əzizim, gəl sən də alış. *** Dözək bu dünyada dərdə, möhnətə, Bu yolda qoymayaq ömür-gün itə. Kim istər vüsalı sonsuzla bitə? Vüsala yetməyə, gəl sən də çalış, . Həsrətdən alışdım, sən də gəl alış. *** Qoşulaq zamanın gedişatına, Əyləşək zamanın başsız atına. Dolanaq dünyanın yeddi qatına, Ömürdən yadigar qalsin bu yarış, Biz saydıq bir yana, fələk nə saymış? *** Bir ömür yaşarıq gün saya-saya, Ömür saman deyil sovur havaya, Getdimi, bir daha, gəlməz dünyaya, Bir taleh yazıdı üzdəki qırış, Gəl əziz həmdəmim, zamanla barış *** Acılı-şirinli gün keçirmişik, Bağ baxça əkmişik, su içirtmişik, Vətənin qoynunda gül bitirmişik. Ruh verər ruhuma səndəki baxış, Gəl danış əzizim, sən də gəl danış. *** Zillətdə keçsə də baharım-qışım, Şükür, ömür sürdüm,az deyil yaçım, Yolum haqq yoludu, ağrımaz başım. Uyma haqsız yola, haqq işdən yapış, Barış KƏRİMOĞLU, zamanla barış.