Var idi hörmət şairə

Var idi hörmət şairə
 


Qəzəl

Gəl yada salaq keçmişi, var idi hörmət Şairə,
Tanınar hikmətdə kişi, gələrdi şöhrət Şairə.
***
Olardı eldə nüfuzu, ağ idi hər yanda üzü,
Ötərdi ellərdə sözü, olardı xidmət Şairə.
***
Dilində hikmət kəlamı, gətirər hörmət salamı,
Haqqa car çəkər inamı, gələr imamət Şairə.
***
Olmayıb keçmişdə bu hal, bir kəsdən yox elmə zaval,
Səcdə edər milli-mahal, hörməti-izzət Şairə.
***
Azan olmuş Şair səsi, püskürərdi od kəlməsi,
Haqsızlara söz deməsi, indi qəbahət Şairə.
***
Şair sözü dönüb heçə, getmir sözü cırıq üçə,
Hansı yolu bilmir seçə, verən yox qiymət Şairə.
***
Şair dedik hər yazana, yol da verdik yol azana,
Baxmadıq haqqa-mizana, bəslənmir rəğbət Şairə.
***
Deyişməyə durub hazır,san rəqibə qəbir qazır,
Hər gündə yüz şeir yazır, “Alqış” kəramət Şairə.
***
Şeir olub, var-dövləti, oxuyan verər qiyməti,
Dildə gzər söz qüdrəti, olubdu sərvət Şairə.
***
Öz yerini bilsə hər kəs, çox da salma şerə həvəs,
KƏRİMOĞLU, gedər əbəs, olarsan töhmət Şairə.
30-11-2022*

Allahverdi Kərimoğlu

Paralel.az

0.019537925720215