Böyük səadət - şeir

Böyük səadət - şeir
 

BÖYÜK SƏADƏT

Baxışı qəlbinin işığı, nuru,
Canını isidən ocağın qoru,
Kiçiyi mələkdi, böyüyü huri,
Qız atası olmaq böyük səadət.

Kədərin yox olar etsə təbəssüm,
Azacıq qımışsın, azacıq gülsün...
Ləhcəsi, dilləri dərdlərə çözüm,
Qız atası olmaq böyük səadət.

Odur ürəyinin ehtizaz yeri,
Dillənən könlünün min avaz yeri,
Candakı ruhunun ən pərvaz yeri,
Qız atası olmaq böyük səadət.

Yox belə səxavət Tanrıdan qardaş,
Qızın var tikilər bir ev də daş, daş,
Düşərsən eyləyər dünyayla savaş,
Qız atası olmaq böyük səadət.

Təvəkkül Goruslu

Paralel.az

0.019159078598022