Amerikalı diplomat: "ABŞ sülh sazişinin bağlanmasında son dərəcə maraqlıdır"

Amerikalı diplomat:
 

ABŞ Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş təşkil etmək imkanı axtarır.

“Paralel.az ” xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter keçirdiyi brifinqdə deyib. 

“ABŞ bu prosesdə çox yaxından iştirak edir, sülh sazişinin bağlanmasında son dərəcə maraqlıdır və biz Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini və liderlərini bir araya gətirmək yollarını axtarmağa davam edəcəyik”, - amerikalı diplomat bildirib.

Jurnalistin ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) dekabrın 1-2-də keçiriləcək iclası çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı sualı cavablandıran Səfir Maykl Karpenter deyib ki, bölgəyə sülh gətirəcək və münasibətləri normallaşdıracaq razılaşmanın əldə edilməsində ABŞ çox fəal iştirak edir: “Heç kimə sirr deyil ki, biz bu məsələdə Aİ-dəki tərəfdaşlarımızla çox sıx işləyirik”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün ATƏT-ə üzv ölkələrin nazirlərinin illik konfransında iştirak edəcəklər.

Mürtəza
Paralel.az

0.018628120422363