Az.DRAMA

Az.DRAMA
 

Qalib Arif:
Elə bil ki, Azərbaycanda yerli icra hakimiyyətləi ilə camaat arasında original bir müqaviə - razılaşma imzalanıb. Camaat icra hakimiyyətinin, icra hakimiyyəti də camaatın işinə qarışmır. Hərə öz işindədir, icra başçıları talançılığını, camaat da kasıbçılığını davam etdirir... 

Amma arabir bıçaq cümüyə dirənir - icra başçıları harınlıqdan, camaatın da acından səsi ərşə dirənir. Bəzən bu səslər yuxarı – hakimiyyət zirvəsinə qədər gedib çatır. Az.DRAMA da bundan sonra başlayır - qara paltarlı, əli silahlı adamlar irəli atılır, harınlaşıb quduranlar zindana atılır... 

Bir az keçir, ara sakitləşir. Sanki heç zad baş vermir, hərə öz işindədir - icra hakimiyyəti başçıları yeni bir həvəslə talançılığını, camaat da yeni bir nəfəslə kasıbçılığını davam etdirir. Bu proses illərdir davam edir. Amma vəziyyət dəyişmir ki, dəyişmir, bıçaq yenidən sümüyə dirənir... Nə vaxta qədər???

Paralel.az

0.020553112030029