Çökdürülmüş cəmiyyətdən xilasın yolu qansız-qadasız olmur!

Çökdürülmüş cəmiyyətdən xilasın yolu qansız-qadasız olmur!
 

İdris Abbasov:

İlahi! Ölkənin milyonları bir qrup quldur tərəfindən vəhşicəsinə mənimsənilir. Dövlətçiliyi quldurluq, rüşvət, korrupsiya kimi dərk edən bu zatlar akademikliyindən, alimliyindən, məmurluğundan asılı olmayaraq ya tələf edilməli, ya təcrid olunmalıdırlar. Onlara imkan yaradıldıqca dövlətimiz tarixin səhnəsindən silinib gedəcək. Dövlət olmayınca biz də olmayacağıq. 

Ümid ölkə başçısının atacağı sərt addımlara və xalqın həmin sərt addımları müdadiə etməsinədir! Bunun alternativi xaosdur, özbaşınalıqdır!
PS. Gerçək Azərbaycan aliminin arzusu: Görəsən, bu həftə uşaqların boğazından kəsib bir qar-yağış keçirməyən qış ayaqqabısı ala biləcəyəmmi, ya aldığım maaşla uşağı stomotoloqa və ya... aparmaq imkanım olacaqmı?!  Dəhşət və İblisə uymuş məmuriyyətli cəmiyyət! Səbəb Azərbaycan adlı evimizə soxulub hər şeyimizi yağmalayan, körpələrimizin qanını içən insan cildli vəhşi donuz sürüsünün güllələnməməsidir.

Ölkəni düşdüyü vəziyyətdən xilas edən şəxsin adının Azərbaycan tarixində qızıl hərflərlə yazılacağına zərrə qədər şübhəm yoxdur! Bircə, o gün tez olsun, zalımların, xalq düşmənlərinin (yəni dövlətin büdcəsini, xalqın haqqını oğurlayanların) murdar başı bədəndən ayrılsın! Çökdürülmüş cəmiyyətdən xilasın yolu qansız-qadasız olmur!

Paralel.az

0.016633033752441