ABŞ diplomatı: "Məncə, vəziyyət getdikcə ciddiləşir və getdikcə daha çox..."

ABŞ diplomatı:
 

"Gürcüstan hökumətinin ABŞ-a qarşı ritorikası getdikcə pisləşir".

Paralel.az xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin keçmiş yüksək vəzifəli məmuru David Kramer "Amerikanın səsi"nə açıqlamasında dilə gətirib.

Diplomat “Gürcü Arzusu”nun deputatı İrakli Zarquanın amerikalı senator Cin Şahinə fahişə deməsinə də münasibət bildirib:

“Bildirmək istəyirəm ki, "Gürcü Arzusu"nun üzvü, senator Şahini mənim bildiyim qədər təqribən fahişə adlandırdı. Bu, heç də dostluq jesti deyil. Məncə, vəziyyət getdikcə ciddiləşir və getdikcə daha çox anti-Amerika istiqamətinə doğru irəliləyir, uzun müddətdir belədir, lakin Tbilisidən gələn ritorika getdikcə pisləşir. Əslində bunlar ABŞ-a qarşı hücumlardır”.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl ABŞ senatında senator Cin Şahin Gürcüstanla bağlı dəyərləndirmələr etmişdi və hökuməti tənqid etmişdi. Bunun ardından isə hakim partiyanın deputatı İrakli Zarqua Cin Şahini fahişə olaraq adlandırmışdı. O, daha sonraki açıqlamasında isə bunu zarafat konteksində söylədiyini ifadə etmişdi.(publika.az)

0.034015893936157