İrana qalib gələn ABŞ yığmasının növbəti rəqibi onlardır

İrana qalib gələn ABŞ yığmasının növbəti rəqibi onlardır
 

Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda ABŞ yığması olub. 

"Paralel.az"ın məlumatına görə, amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.

Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb. 

Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.

0.12297797203064