İngiltərə millisi dünya çempionatında 1/8 finala yüksəldi
İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
"Paralel.az" xəbər verir ki, ingilislər buna B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanaraq nail olublar.
Bu nəticə ilə xallarının sayını 7-ə yüksəldən Qaret Sautqeytin komandası qrup lideri kimi növbəti mərhələyə çıxıb.
1/8 finalda İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.