Ruhun şad olsun, Həsən bəy!

Ruhun şad olsun, Həsən bəy!
 

"Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus, doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər".
Həsən bəy Zərdabi boynumuzda böyük minnəti olan, XİX əsrin sonları və XX əsrin əvvəllərində ağ atlılar kimi göylərdən vətənin, xalqın taleyinə enərək ictimai-siyasi şüurda müasir Azərbaycanı formalaşdıran millət atalarımız sırasındadır və vəfatının 115-ci ildönümündə mətbuatımızın baneyi-karını ehtiramla anırıq...
Su dama-dama, damçı-damçı daşı deşər, amma milli qanmazın başını deşmək çətin işdir. Gerçəkdən baş deyil, qranitdir!
Ruhun şad olsun, Həsən bəy!

Qəzənfər Həmidoğlu

Paralel.az

0.015249967575073