İran ŞƏT-ə üzv olmaqla bağlı qanunu təsdiqlədi

İran ŞƏT-ə üzv olmaqla bağlı qanunu təsdiqlədi
 

İran parlamenti Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq haqqında qanun layihəsini təsdiqləyib.

"Paralel.az" xəbər verir ki, bu barədə “İrna” məlumat yayıb.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əbülfəzl Amui bildirib ki, İranın ŞƏT-ə daxil olması prosesi son 15 ildə davam edir:

“O vaxtdan indiyədək 49 icra sənədi təsdiq edilib və bu sənədlər İran tərəfindən qəbul edilməlidir. Əslində bu, İranın ŞƏT-ə daxil olması üçün şərtdir”.

Qanun layihəsinin lehinə 205 deputat səs verib, 3 nəfər əleyhinə çıxıb, 4 nəfər isə bitərəf qalıb.

0.01685094833374