Drektor başqa məktəbə təyinat aldı- Nazirdən açıqlama

Drektor başqa məktəbə təyinat aldı- Nazirdən açıqlama
 

Təhsil naziri Emin Əmrullayev: " 45 nömrəli məktəb direktorunun yenidən başqa məktəbə təyin edilməsi yalnız bir neçə halda olur".

Nazir qeyd edib ki, Nəcibə Axundovanın yenidən başqa məktəbə direktor təyin edilməsini onun həssas qrupa aid olması ilə  bağlıdır. 
"Bir məktəbin direktoru bir yerdən vəzifədən azad olunduqdan sonra başqa yerlərə təyin edilə bilər.
Biz məktəb direktorlarının təyin edəndə onların işinin keyfiyyətinə də baxırıq.

Direktorlar bir illik müvəqqəti təyin olunur və bu hər il vaxt bir il uzadılır. Bu zaman nəticələrə baxılır. Məktəblərdə keyfiyyətin aşağı olması direktorla bağlı olmaya bilər. Direktorla bağlı neqativ hal olanda bu, araşdırılır. Bir var direktorla bağlı, bir də var məktəblə bağlı məslələr. Bəzən biz araşdırdıqda görürük ki, problem direktorla bağlı deyil. Bəzən xüsusi hallar olur. Həssas qruplar var. Bu konteksdə biz Nəcibə Axundovaya daha bir imkan verməyə qərar verdik. Məncə bu, bizim üçün də, cəmiyyət üçün də o qədər də sərt bir hal deyil. Bu istisnanın müəyyən əsası var. İnsanlara nüfuzunu bərpa etmək və daha yaxşı məktəb direktoru olmaq şansını biz yenidən tanımışıq. Düşünürəm ki, cəmiyyət təhsil nazirliyinin bu qərarını anlayışla qarşılayacaq. Bəzən qərar vermək o qədər də asan olmur",- deyə o bildirib.

"Paralel.az"

0.01358699798584