MEDİA qəzetlərin pdf-nin satışını təşkil edəcək

MEDİA qəzetlərin pdf-nin satışını təşkil edəcək
 

Osman Gündüz:

İnandırıcı olmasa da, görünür ki, reallıqdır : MEDİA qəzetlərin pdf-nin satışını təşkil edəcək
Məlumat verilib ki, Medianın İnkişafı Agentliyi “E-köşk” portalının - qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimini keçirib.
Düzü, bilmirəm təqdimatda nədən danışıblar. Amma açıqladıqları məlumatdan və hazırladıqları portaldan görsənir ki, "rəqəmsal yayım platforması" dedikdə qəzet və jurnalların scan olunması, hansısa statik bir pdf versiyasının satışı və abunəçiliyinin təşkilini nəzərdə tutublar .
Qeyd ediblər ki, Platforma ənənəvi qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə etməklə ölkədə baş verən yeniliklərdən daima xəbərdar olmağa kömək edəcək.
Anlaşılmaz və ağlasığmazdır.
İlin günün bu vaxtında, ölkədə rəqəmsallaşmanın indiki səviyyəsində ,internet medianın idiki inkişaf səvisyyəsində, "yeniliklərdən xəbərdar" olmaq üçün 15-20 il əvvəlki texnologiyaya üstünlük vermək bilmirəm ki, MEDİA-nın necə və haradan ağlına gəlib.
Qəzet və jurnal infrastrukturunu rəqəmsal transformasiya etmək, onların müxtəlif dilli veb, mobil və sosial resurslarının inkişafına dəstək vermək, təhlükəsizliyinə dəstək vermək əvəzinə Agentliyin belə bir bir layihəsi yumşaq desək, xəstəni süni nəfəs aparatına qoşmağa bənzəyir.
Beynəlxalq təcrübə göstərir ki , səmərəsiz prosesləri rəqəmsallaşdırmaq heç vaxt uğurlu olmur və daha ciddi problemlər yaradır.
Fikrimcə, qəzet və jurnalların onlayn versiyası işə başlamazdan öncə, hazırda Milli Kitabxanada mövcud olan arxivin rəqəmsalaşdırılması üçün dəstək verilməsi bəlkə daha əhəmiyyətli ola bilərdi.
Anlayıram ki , Agentlik nəsə etmək istəyir. Çalışır. Amma müşahidələr göstərir ki, Agentliyin bu tip addımları spontan xarakterlidir.
Qurum gərək müxəcəssisləri, maraqlı tərəfləri cəlb edib, medianın inkişafı üçün normal bir konseptual baxışlar hazırlasın.
Həm də maraqlıdır ki, təşkilatçılar qeyd ediblər ki, bu layihə Prezidentin 2008-ci ildə təsdiq edilmiş “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq hazırlanıb.
Hansı ki, bu sənəd hazırlanan vaxtlarda ölkənin media mühiti tam fərqli olub.
Düşünürəm ki, Medianın İnkişafı Agentliyinin 10 illər öncəki sənədin ab-hsvasına deyil, maraqlı tərəflləri cəlb etməklə Prezidentin tapşırıqlarına uyğun olaraq müasir çağırışlata cavab verən media infrastrukturun inkişafına yönəlik konseptual sənədin layihəsinin hazırlanmasına diqqət yetirməsi faydalı olardı.
Agentliyin medianın inkişafı üçün dövlət resurslarından daha səmərəli istifadə etməsi və strateji məsələlərə diqqət yetirməsi daha doğru olardı.
Yeri gəlmişkən, ümumiyyətlə bu tip məsələlərin, media ilə bağlı ən xırda detalların da "dövlətləşməsi" doğru bir yanaşma deyil.
Daha doğru olardı ki, Agentlik sektordakı bu tip və digər bir çox məsələləri , özünütənzimləyici qurumlara, məsələn yeni formalaşan Mətbuat Şurasına ötürsün və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi üçün təşəbbüslər etsin.

Paralel.az

0.014512062072754