"Əməkhaqlarının artırılsa da, bahalıq onu yeyir" - DEPUTAT

 

Azərbaycanda dərman qiymətləri Türkiyə ilə müqayisədə 3 dəfə yuxarıdır. 

“Paralel.az ” xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kiminsə mənfəət qazanması üçün xəstələr başqalarının qapısında əziyyət çəkir, bir dərman tapanda, digərini tapa bilmir. 

“Hesab edirəm ki, buna ciddi diqqət olmalıdır. Biz 30 ildir müstəqilik, amma dərman sənayesi yaratmamışıq”, - deputat qeyd edib.

O əlavə edib ki, bu kimi hallar həll edilməlidir: "Əməkhaqlarının artırılması yaxşı olsa da, bahalıq onu yeyir".

Mürtəza
Paralel.az

0.0095779895782471