Dünya çempionatında maraqlı detal: Rəhbər azərbaycanlı imiş... + FOTO

Dünya çempionatında maraqlı detal: Rəhbər azərbaycanlı imiş... + FOTO
 

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya arasında baş tutan oyunda   braziliyalıların 2:0 hesablı qələbə qazanması barədə məlumat vermişdik.

Bu qələbə ilə ilk 3 xalını qazanan Braziliya millisi top fərqi ilə qrupda birinci pilləni ələ keçirib. İkinci İsveçrənin də 3 xalı var. Kamerun və Serbiya isə xalsızdır.

Paralel.az xəbər verir  ki, dünyada milyonlarla tamaşaçının izlədiyi oyunda bir azərbaycanlının da zəhməti keçib.

Braziliya-Serbiya  stadionunun  informasiya texnologiyasının quraşdırılması və istismarına Ziya Nuriyev   adlı azərbaycanlı  gənc rəhbərlik edib.Azərbaycanlı gəncin belə bir möhtəşəm layihədə yer alması qürurverici hal kimi qarşılanıb.

0.01030707359314