Neft cüzi bahalaşıb

Neft cüzi bahalaşıb
 

Neft qiymətləri Çində tələbin azalacağı ilə bağlı narahatlıqlar və Qərbin Rusiya neftinə maksimum qiymət həddinin tətbiqi ilə bağlı müzakirələri fonunda bazarın zəif likvidliyinə baxmayaraq cümə günü cüzi bahalaşıb.

"Paralel.az" xəbər verir ki, "Brent" markalı neft fyuçersləri 0,28 dollar və ya 0,33% artaraq bir barel üçün 85,62 dollara satılıb.

ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin fyuçersləri 0,49 dollar və ya 0,49% artım nümayiş etdirib.

Qeyd edək ki, hər iki neft müqaviləsi ardıcıl üçüncü həftə enişə keçmişdi.

Xatırladaq ki, "Böyük Yeddilik" və Avropa İttifaqı diplomatları Moskvanın Ukraynaya hərbi hücumunu maliyyələşdirmək üçün gəlirini məhdudlaşdırmaq məqsədi ilə Rusiya neftinə maksimum qiymət həddinin - bir barel üçün 65-70 dollar həddinin qəbulunu müzakirə edir.

Könül
Paralel.az

0.011548042297363