Halil Sezai 5 ay azadlıqdan məhrum edilib

Halil Sezai 5 ay azadlıqdan məhrum edilib
 

Türkiyənin tanınmış müğənnisi və aktyoru Halil Sezai 4 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu qonşusu Hüseyn Meriçə dediyi təhqiramiz sözlər səbəbindən təqsirli bilib.

"Paralel.az" xəbər verir ki, tərəflər arasında insident müğənninin Tuzlada səhnəyə çıxdığı məkanda baş verib. Sezai hadisə zamanı qonşusunu döyərək təhqir edib.

Hakim hökmünü açıqlamazdan qabaq Sezai özünü müdafiə etmək üçün deyib ki, qonşusu ilə əvvəllər baş vermiş daha bir hadisəyə görə aralarında düşmənçilik var:

“Təhqir etmək fikrində deyildim. Günahsızam, bəraətimi tələb edirəm”.

Meriç isə sözügedən hadisədən əvvəl də müğənninin ona sosial şəbəkələr vasitəsilə bəzi hərəkətlər etdiyini vurğulayıb: “Ondan şikayətçiyəm”.

Prokurorluq onun 3 ay 15 gündən 2 il 4 aya qədər həbs edilməsini tələb edib. Məhkəmə isə Sezaiyə hökm oxuyaraq onu 4 ay 25 gün müddətinə azadlıqdan məhrum edib.

0.012729167938232