Zəlzələdən yeraltı təkanlar davam edir: 212 yeraltı təkan qeydə alınıb

Zəlzələdən yeraltı təkanlar davam edir: 212 yeraltı təkan qeydə alınıb
 

Türkiyənin Düzce vilayətində dünən baş verən 5,9 bal gücündə zəlzələdən sonra bölgədə yeraltı təkanlar davam edir.

Təlaşla evlərindən çıxan insanlar küçələrdə gecələyiblər. Ərazidə xilasedici qruplar işləyir.

Zəlzələdən sonra bölgədə ən güclüsü 4,3 bal olan 212 yeraltı təkan qeydə alınıb.

Xatırladaq ki, son məlumata görə, zəlzələ nəticəsində iki nəfər həlak olub, 93 nəfər yaralanıb, onlardan 14-nün müalicəsi xəstəxanada davam etdirilir.

Paralel.az

0.011673927307129