ABA sədri : "Son 1 ildə Azərbaycanın bank sektorunun aktivləri artıb"

ABA sədri :
 

Son 1 ildə Azərbaycanın bank sektorunun aktivləri 26% artaraq 43,6 mlrd manat, kredit portfeli 23% artaraq 19,2 mlrd manat olub.
"Paralel.az" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. O bildirib ki, kredit portfelində biznes kreditləri 20% artaraq 10,8 mlrd manat təşkil edib. Depozit portfelində isə 26% artım müşahidə olunub:
"Cari ilin ilk 9 ayında əhalinin banklardakı əmanətləri 27% artaraq 11 mlrd manat təşkil edib ki, burada əmanətlərin dollarlaşma səviyyəsi 39,8% olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% artım deməkdir".
ABA sədri bildirib ki, cari ilin 9 ayında bank sektorunun toplam mənfəəti 1 milyard manata yaxınlaşıb, xalis mənfəəti isə 683 milyon manat olub.

Könül

Paralel.az

0.011299848556519