"Ərəblər nə vaxtdan bizə qardaş oldu"? - səhv düşüncədir

 

Çingiz Şahbazi yazır:

Sosial şəbəkələrdə çox böyük şəxsiyyətlərin olduğunu bilirəm. Bütün müsbət keyfiyyətləri ilə, həm insanlığa, həm vətəninə və millətinə, həm də dininə və dəyərlərinə sahiblənirlər. Onları izləmək və onlarla həmfikir olmaq, mənim həyatımın rənglərindən biridir. Amma, bütün bunlarla yanaşı burda çox qəribə insanlar da var.

Aydındır, mən də başa düşürəm ki, cəmiyyətlərdə fikir və düşüncələr fərqli olmalıdır. Xüsusilə də indiki zamanda. Amma, hər hansı bir fikir və düşüncə, məsuliyyət çərçivəsində daha çox insanlara faydalı ola bilər, düşünürəm. Bu gün bir FB dostumuz yazır ki, ,,ərəblər nə vaxtdan bizə qardaş oldu?" Mən ona heç bir şey yazmadım. Amma, səhifəsində Ukraynaya dəstək olan yüzlərlə statuslar var və Ukrayna xalqını özünə qardaşdan da yaxın görür.

Ola bilər. Hər kəs seçimində azaddır. Amma, Səudiyyə Ərəbistanının ünvanına bu kimi yanaşma cahillikdən başqa bir şey deyil. Azərbaycan bu otuz beş ildə kimin kim olduğunu gördü. Xüsusilə də Qarabağ məsələsində və bir milyondan çox qaçqın və məcburi köçkünlərin çöllərdə vaqonlarda və meşələrdə qaldığı günlərdə Səudiyyə Ərəbistanı sonuna qədər Azərbaycana öz dəstəyini verdi və maddi köməyliyini etdi. İndiyə kimi Ermənistan adında dövlət tanımır.

Mən Azərbaycan və Səudiyyə Ərəbistanı arasında, yüksək səviyyədə qurulan, dostluq və qardaşlıq münasibətlərinin detallarına girmək istəmirəm, amma bu yazını özümə borc bildiyim üçün, yazdım. Çünki, Səudiyyə Ərəbistanına biz təşəkkür etməkdən başqa bir səbəb qoymayıblar. Onların uğuru bizi bir qardaş kimi sevindirməlidir.

Çünki onlar bizim müsəlman qardaşlarımızdır. Peyğəmbər əfəndimiz sallallahu aleyhi və səlləm buyurduğu kimi, müsəlmanlar bir ümmət və qardaşdır.

Paralel.az

0.010883092880249