Deyəsən, mən bir az həssasam
DEYƏSƏN, MƏN
BİR AZ HƏSSASAM
Sevdim məni öpən dodaqlarını,
Sevirəm deyən o dilini sevdim.
Əlimlə oxşayıb barmaqlarını,
O ürkək, ağappaq əlini sevdim.
Dedin: - hissiyatın necədir sənin.?
Dedim ki, deyəsən biraz həssasam...
Dəlisiyəm sözə məna verənin,
Deyirlər şairəm, özümə xasam.
Dedin: - darıxacam, səndən ötəri,
İstəyi deməyin xoşuma gəldin.
Seçimlər yaradır qismət-qədəri,
Bu da bir sınaqmı, başıma gəldi.?
Bir zaman cahildim, arifəm indi,
Sevgini, sayğını xeyli duyuram.
Səninlə görüşdüm, qəlbim sevindi,
Sözə əməl edən sözə uyuram.
Nələr olur olsun, hələ son deyil,
Şükür qələmimlə varam salamat.
Mənəvidir əsil sevgiyə meyil,
Hələ süprizlə doludur həyat.
Allah nələr yazıb yeni-bilmirəm,
Bilirəm, yazmasam mənə çətindir.
Səni bağışladım, səni bilmirəm,
Əfv etmək Əl-Vahidə sədaqətimdir.
Gün aydın
Yasamal
... Şair evi ...
24.11.22
Müəllif: Əli Vahid Çaylı
Paralel.az