Asılıb (şeir) - Zöhrab Mehdi

Asılıb (şeir) - Zöhrab Mehdi
 

Asılıb

...Adamlar ayaqlarından,
ağaclar kökündən asılıb.
Dənizlər dibindən,
dağlar təkindən asılıb.

Bura bir edam meydanı.
Kimi cəfasından, kimi səfasından...
Asılıb...Asılıb...Asılıb -
böcəklər... Quşlar... yuvasından.

Doğulanlar beşiklərindən,
ölənlər gorundan asılıb.
Hamı, hər şey -
bir Tanrı torundan asılıb.

( ...Toxun bacarırsan, toxun...
Odur, hər tərəf Göy üzü. )
Göy üzündən asılıb -
Mın illərdi - bax, Yer özü!

 Müəllif: Zöhrab Mehdi

Paralel.az

0.026745796203613