“Pulum gedir, “sağ ol” deyən də yoxdur” - VİDEO

“Pulum gedir, “sağ ol” deyən də yoxdur” - VİDEO
 

Əməkdar artist Elnarə Abdullayeva bir də heç vaxt konsert verməyəcəyini açıqlayıb.

"Paralel.az" xəbər verir ki, bu haqda sənətçi "Söhbət var" verilişinə qonaq olarkən deyib.

Elnarə konsert üçün xərclənən pulu hədər hesab edib.

"Adama deyərlər ki, ay başı xarab, böyük konsertlər etməkdənsə, iki gündən bir yalançı mahnı yaz, pulunu qazan. Neynirsən, o boyda pulu sənətə xərcləyib başını xarab edirsən? Moskvada verdiyim "Qələbə" konsertinin zülmü hələ də başımdan çıxmayıb. Bəsdir konsertlər verdim. Pulum gedir, amma "sağ ol" deyən də yoxdur. And içmişəm ki, daha konsert verməyəcəm", - deyə, Abdullayeva qeyd edib.

0.012457132339478