Bu cür idarə mexanizmi kimlərə xidmət edir?
Həqiqətən mi İranda küçələrə enib, etiraz edənlərin problemi İslamın hökümlərindən biri olan baş örtüyü ilə bağlıdır? Əsla deyil. İranı idarə edənlərin övladları Avropa ölkələrində, ABŞ-da oxuyur, dəbdəbəli həyat tərzi yaşayırlar və bütün bunlar ölkə insanının gözü qarşısında, talan edilmiş ölkə sərvətləri hesabına həyata keçirilir. Xalq isə təhrik edilir ki, vəziyyəti qəbul etsin və sussun. Belə İslam dini ola bilməz. Allah, heç bir zaman belə bir din və belə ədalətsiz idarəçilik sistemi buyurmamışdır.
Peyğəmbər əfəndimiz, bu kimi dini qaydalar və şərtlər qoyub getməmişdir. Belə olan halda, İranın İslam adı altında həyata keçirdiyi quruluş və idarə mexanizmi kimlərə xidmət edir? İranla Azərbaycan arasında münasibətlər, çox qədim dövürlərə söykənir və böyük tarixə malikdir. Bu münasibətlərin daxilində, mədəniyyət, adət və bir çox sahələrdə yaxınlıq əlaqələri mövcuddur. Xüsusilə də əsirlərlə, türklərlə birgə kompakt yaşayan və sıx qohumluq bağları olan xalqlardan sayılır.
Hazırda İranda baş verənlərə diqqət yetirsək görərik ki, etirazlar heç də dini və milli məsələ deyil. Bu etirazların əsas məqsədi, yaşayış tərzinin aşağı səviyyədə olmasıdır və idarəçilikdə baş verən ciddi nöqsanlar və sərt qanunlarla bağlıdır. Bundan başqa ölkənin sayca ən böyük xalqı olan türklərin, sayı bitməyən milli və mənəvi problemləridir ki, bu da öz zamanını gözləməkdə idi. Sözsüz ki, belə bir sistem mütləq ki dağılmalı idi və davamlı ola bilməzdi.
Çingiz Şahbazi-siyasi ekspert
Paralel.az