Çingiz Şahbazi: " ABŞ özündən güclü nə dost, nə də düşmən görmək istəmir"

Çingiz Şahbazi:
 

Çingiz Şahbazi: " ABŞ özündən güclü nə dost, nə də düşmən görmək istəmir"

ABŞ, bütün sahələrdə özündən güclü nə düşmən, nə də dost görmək istəmir.

"Paralel.az" xəbər verir ki, bunu siyasi şərhçi Çingiz Şahbazi deyib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın timsalında, dost hesab etdiyi Avropa ölkələrinə, illərdir süni təhdidlər formalaşdıraraq, özünə uyğun siyasət həyata keçirir.
"Səudiyyə Ərəbistanı İranla, İranı İsraillə və sairə bitməyən dost, düşmən obrazları yaradaraq, dünyada təsir mexanizmini gücləndirir. Kimsə durub bunun əksini iddia etməsin. Çünki, bütün dünya bunu belə bilir və hər kəs ədalətsizliyə uğramasından ehtiyyat edərək susmağa üstünlük verir. Əslində burda qeyri adi bir şey yoxdur. Qeyri adi olan, insanların buna münasibətidir. Həqiqətənmi ABŞ, Səudiyyə Ərəbistanına   İranın hərbi mudaxiləsi zamanı yardım göstərəcəkdi?
Bəlkə bu, hazır planın nə qədər işlək olduğuna əmin olmaq üçün test idi?
Bu qədər daxili problemləri olan İranı nə vadar edir ki, Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlara başlasın? Bəlkə ərəbləri qorxutmaq üçün bu ABŞ-a lazım idi?"

Şərhçi daha sonra qeyd edib ki, Səudiyyə Ərəbistanı son vaxtlar böyük gücə sahiblənib.

"Bu güc, iqtisadi və hərbi sferada daha çox özünü göstərir. Hətta, Səudiyyə Ərəbistan hakimiyyəti ABŞ-ı əvvəlki tək eşitmək istəmir, Rusiya ilə birlikdə enerji resursları məsələsində əməkdaşlıq edir, müəyyən qərarlar qəbul edir. İrandan gələn təhdidlərin nədən indiki zamanda baş verməsi, məncə aydındır. Maraqlı tərəfi odur ki İran, Ukraynaya qarşı Rusiyaya ciddi hərbi yardımlar göstərir. Nədənsə İranın daxilində baş verən hadisələrdən dolayı, Qərb hələ də etirazçılara öz dəstəyini ifadə etməkdə tələsmir. Bəlkə də Abş, molla rejiminin  əlində olan bütün vasitələri və fürsətləri tam olaraq istifadə etməsini gözləyir. Abş prezidenti Baydenin, İranla bağlı son bəyanatı onu göstərdi ki, gözləmə müddəti artıq bitmək üzrədir. Bu da İranda daha ciddi inqilabların baş verməsinə səbəb olacaq işarə ola bilər. Bu həmçinin, İranın Rusiyaya etdiyi yardımlardan dolayı,  cəzalanması anlamına da gələ bilər. Dünya, xüsusilə də bölgəmiz çox böyük dəyişikliklər ərəfəsindədir. Biz, bu olub bitənləri dəyərləndirməliyik. Bu istiqamətdə, cəsarətli addımlar atmaq lazım gələcək".

Şahnaz Salehqızı

"Paralel.az"

0.089484930038452