Rusiya və İranın Güney Qafqaz - Azərbaycan siyasətinin əsasları

Rusiya və İranın Güney Qafqaz - Azərbaycan siyasətinin əsasları
 

Siracəddin Hacı:  

Birgə hərəkət edirlər – razılaşdırılmış siyasətləri var, Güney Qafqaz bu iki dövlətin təsir məkanında qalmalıdır;
- Zəifləyirlər;
- Açıq siyasət tətbiq edirlər – insan sıxışanda iç üzü açıldığı kimi, bu iki dövlət də gücünü itirməkdə olduğuna görə əsl simaları ortaya çıxmışdır;
- Rusiya Azərbaycanın içində “Dağlıq Qarabağ Respublikası” adlı dövlət yaradacağını açıq bildirir, öncə Qarabağı, sonra Azərbaycanı, sonra da Güney Qafqazı ələ keçirəcəyini açıqca söyləyir;
- İran Zəngəzur yolunun açılmasına imkan verməyəcəyini bəyan edir, Azərbaycana deyir ki, siyasətini mənimlə razılaşdırmalısan;
- İkisi də Güney Qafqazda monopoliyasını itirib, alternativ ortaya çıxıb, ikisi də təsir imkanı azalan tərəfdir;
- İkisi də güc göstərir, qorxudur, hədələyir;
- İkisində də diktatorluq var, ölkənin taleyindən çox öz hakimiyyətlərini düşünürlər;
- Bir-birinə möhtacdırlar;
- Yardımlaşırlar;
- Bir yıxılsa, o birisi də yıxılacaq;
- Azərbaycana qarşı Ermənistan və Qarabağdan istifadə edirlər;
- Azərbaycan varlığını qorumaq istəyirsə, milli birliyə sarılmalı, Rusiya-İran ittifaqına qarşı olan güclərlə birgə hərəkət etməlidir, bu, şərtdir, zərurətdir, tələbdir, milli ehtiyacdır;     

Paralel.az

0.030818939208984