Kamalə Abiyevanın "Torpaq" kitabının təqdimatı olub 

Kamalə Abiyevanın
 

Azərbay İstiqlal Muzeyində Kamalə Abiyevanın "Torpaq" kitabının təqdimatı olub. 
 
Taleyimizə Zəfər günlərini yazdı Ali baş komandan və Milli Ordumuz. Artıq işğal günlərini deyil, qələbə günlərini qeyd edirik. Zəfər günü ilə bağlı Azərbaycan Dövlət İstiqlal muzeyində də bir-birindən maraqlı silsilə tədbirlər keçirilir. Şəhid və qazilərimizin xüsusi guşələri nümayiş olunmaqla bərabər, rəsm sərgiləri, görüşlər, kitab təqdimatları təşkil olunur.
Zəfər günü tədbirləri çərçivəsində Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə noyabrın 3-də “Qarabağım” adlı tədbirdə “Şuşa ilinə “Torpaq”la gəldim deyən istedadlı şairə, publisist Kamalə Abiyevanın “Torpaq” kitabının təqdimatı keçirilib.
Yüksək səviyyədə təşkil olunan tədbirdə şəhid anaları, hərbiçilərimiz, söz adamları, oxucular iştirak edib.
Tədbirdə  sevimli müğənnimiz Vüsal Hacıyevin ifasında Gülşən Rafiqqızının Kamalə xanımın sözlərinə bəstələdiyi “Qarabağım” mahnısının da təqdimatı olub.

Xəyalə Quliyeva
 
"Paralel.az"

0.01793384552002