Vüqar İsmailov: "Yazısına, məqaləsinə belə münasibət göstərən insanlar azdır"

Vüqar İsmailov:
 

2007-2008-ci illərdə İsraildə çalışarkən iş otağıma qonşu otaqda Yoav Benyamini adlı Funksional Analiz üzrə tanınmış bir professor otururdu. Baxmayaraq ki, otaqlarımız qonşu idi, bütün suallarımı ona e-mail vasitəsilə verirdim. O da həvəslə cavab verirdi, cavablarında düsturları yazmaq üçün hətta LaTeX-dən də istifadə edirdi. Ora gedəndə mənə demişdilər ki, burada hamı çox zaman e-maillə əlaqə saxlayır. O üzdən mən də bu cür əlaqə növünə alışmış oldum..
2016-2018-ci illərdə Namig J.

Guliyevlə neyron şəbəkələr nəzəriyyəsi üzrə başlıca jurnallar olan Neural Computation (MIT Press), Neural Networks, Neurocomputing jurnallarında 3 məqalə çap etdirdik. Məqalələrin hazırlanması üçün bir dəfə də üz-üzə görüşmədik, bir dəfə də telefonla və ya görüntülü (zoom, whatsapp və s.) vasitələrlə əlaqə saxlamadıq. Yalnız yazışdıq. Biri-birimizlə bütün müzakirələri yalnız yazışma vasitəsilə həyata keçirdik. İnstitutda görüşərkən isə tamamilə başqa söhbətlər etdik.

Ondan əvvəl İsrail Riyaziyyat Cəmiyyətinin prezidenti olmuş Allan Pinkusla 25 səhifəlik birgə məqaləmizin hazırlanmasını da yalnız emaildə məktublaşma vasitəsilə həyata keçirmişdik...

Paralel.az

0.031791210174561