Əfqanıstanda təhlükəsizlik məsələləri müzakirə edilib

Əfqanıstanda təhlükəsizlik məsələləri müzakirə edilib
 

Oktyabrın 19-da Azərbaycan, Türkiyə, Rusiya, İran, Əfqanıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkmənistanın xüsusi xidmət orqanlarının rəhbərləri Əfqanıstanda təhlükəsizlik məsələlərini müzakirə edib.

Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsinin  mətbuat  xidmətinin məlumatına görə, xüsusi xidmət orqanlarının rəhbərləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf" adlı beynəlxalq konfransda iştirak edib.

Konfransda iştirakçı dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri Əfqanıstanda təhlükəsizliyin möhkəmləndirilməsi, sülhün və əmin-amanlığın təmin olunması, həmçinin regional və qlobal təhlükəsizliyə yönəlmiş təhdidlərin qarşısının alınması, terrorçuluq və onun təzahürləri, eləcə də sabitliyə mənfi təsir göstərən digər amillərlə mübarizədə göstərilən birgə səylər barədə fikir mübadiləsi aparıb.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Əfqanıstanda uzun illərdir hökm sürən mürəkkəb vəziyyətlə əlaqədar ölkəsi tərəfindən bu ölkəyə mütəmadi olaraq göstərilən texniki və humanitar yardımlardan söz açıb, dövlətlərin bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinin vacibliyindən danışıb.

"Əfqanıstan uzun zaman ərzində terrorçu və ekstremist qruplaşmaların əsas fəaliyyət məkanı olub, hazırda yerli hökumət tərəfindən belə halların qarşısının alınması istiqamətində müəyyən tədbirlərin görülməsinə baxmayaraq, cinayətkar birləşmələrin fəaliyyətinin hələ də müşahidə olunması Əfqanıstanda sülhün və sabitliyin bərqərar olmasına mane olur. Orta Asiyada yerləşən ölkələrlə yanaşı, digər dövlətlərin də milli təhlükəsizliyinə ciddi təhdidlər yaradır" , o qeyd edib.

Əli Nağıyev Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin və əmin-amanlığın təminatı üçün göstərdiyi səylərin bundan sonra da davam etdiriləcəyini söyləyib.16x9 Image

Tapdıq Fərhadoğlu

0.050766229629517