Çingiz Şahbazi: "Nə İran, nə də qeyrisi bu ada layiq ola bilməz"

Çingiz Şahbazi:
 



"İran fars şovinist rejimi, Arazın o tayında ,, İranın qüdrəti " adı ilə hərbi təlimlər keçirir və Arazın bu tayına əzələ nümayişi həyata keçirir. Maraqlıdır, bu necə İslam respublikasıdır ki, orda hələ də anlamırlar ki, qüdrət sahibi yalnız Allahdır. Nə İran, nə də qeyrisi bu ada layiq ola bilməz. Keçirdikləri təlimə gəlincə isə, əslində bu təlimdən öncə İranın, daha vacib məsələlər üzərində fikirləşib düşünməsi lazımdır. Ölkənin daxilində vətəndaş cəmiyyəti məhv olub, mitinqlər, nümayişlər, küçə yürüşləri və döyüşləri ölkəni cənginə alıb. Dinc sakinlər küçənin ortasında güllələnir, şəhərlərdə ictimai infrastruktur dağıdılır və konkret olaraq sabitliyi təmin etmək mümkün deyil. Belə bir vəziyyətdə gerçəklikləri olduğu kimi görə bilməyən İran rejimi, Azərbaycana güc göstərmək qərarı qəbul edir. Bəlkə, bizdən daha çox qorxurlar. Bəlkə, bizi bahənə edərək, əzələ nümayişini öz daxildəki azərbaycanlılara göstərirlər. Nədə olsa, onlardan daha çox ehtiyyat etmiş kimi görünürlər."

Paralel.az

0.066208124160767