İran molla diktaturasının din anlayışı çökür

İran molla diktaturasının din anlayışı çökür
 

Siracəddin Hacı:
"Səbəbləri sıralayaq:
- bu anlayışın qaynağı xurafələrdir, siyasi hədəflidir, molla diktaturasını hakimiyyətdə saxlamaq, İranın siyasi çıxarlarını təmin etmək üçündür, məcburiyyətə əsaslanır;
- molla diktaturası 43 ildə İran xalqının heç bir sıxıntısını həll etmədi, əksinə, ciddi sıxıntılar ortaya çıxartdı;
-zülm gətirdi;
-xalqı yoxsullaşdırdı;
- qadınları əzdi;
- İranı dünyadan təcrid etdi;
- milli kimlikləri yox etməyə çalışdı;
- İranı narkotik yoluna çevirdi;
- İran xalqını xurafələrlə gerçək dindən, elmdən, təhsildən, inkişafdan uzaqlaşdırdı;
- artıq dini mətnlərlə, dini şəxsiyyətlərin örnəkliyi ilə xalqı sakitləşdirmək imkanı qalmadı;
- molla diktaturası ilə xalqın bağı qopdu;
- rejimin zorakılıqdan başqa yolu yoxdur - söz bitəndə silah işə düşər;
- molla diktaturasını ayaqda tutan din anlayışı çökmüş, rejimi sözlə qorumaq imkanı tükənmişdir;
- molla diktaturasının saxta din anlayışının çöküşü Azərbaycanın üzərindən ağır bir xurafə yükünün götürülməsibin yolunu açacaq;

Paralel.az

0.021387815475464