Qəzənfər Həmidoğlu: "Bəzilərinə görə Rusiya lideri “Кащeй Бессмертный” kimi bir şeydir..."
Kerç körpüsü vurulduqdan sonra Putin yaralanmış, quyruğu kəsilmiş və üç başından ikisini itirmiş əjdaha Qorınıça döndü. Başladı atəş püskürməyə, Ukraynada ballistik və qanadlı raket atmadığı şəhər qalmadı. İmkanı olsa, Kiyevi yerləbir edər, kiyevliləri Hələbdəki kimi diri-diri xarabalıqlar altında basdırar.
Rusiyanın Ukraynadakı işğalçı qüvvələrinin yeni komandanı, ordu generalı Sergey Surovikin dinc şəhərlərin infrastrukturunu “şumlamaq “ və əhalisini raketlərlə kütləvi atəşə tutmaq üzrə mahir birisidir və oktyabrın 10-da yarımgün bəs etdi ki, öz adını qanlı hərflərlə “qəssab generallar”, Rusiyanın adını isə terrorçu dövlətlər sırasına yazdırsın. Düzdür, beynəlxalq hüquqda belə anlayış yoxdur, “terrorun sponsoru olan dövlət” terminindən istifadə edilir. Kuba, İran, Suriya və Şimali Koreyanın olduğu o bədnam qara siyahıya düşməyə də Rusiya çoxdan və daha çox haqq edir.
İndi bəziləri ürəkləndilər ki, Rusiya lideri “Кащeй Бессмертный” kimi bir şeydir, dəyirmanın boğazından ölü salsan, donuzluğundan diri çıxar. Amma fevralın 24-dən bəri hər addımı, hər qərarı ilə Putin öz rejiminin sonunu yaxınlaşdırır. Bu proses nə qədər çətin getsə də, nə qədər uzansa da, nəhayətdə, o əjdahanın sonuncu başı qopacaq, atəşi də, səsi də kəsəcək.
Paralel.az