İran protestlərində həyatını itirən qadınlar

İran protestlərində həyatını itirən qadınlar
 
Bu gənc qızın adı Hannaneh Kiandır. O, hicab taxmaqdan imtina etdiyi üçün etiraz yürüşündə başını açıb və polis tərəfindən başından vurularaq öldürülüb. Hadisə üç gün öncə Noşəhr şəhərində etirazlar zamanı olub. Onun 23 yaşı var idi, üç aylıq evli idi.


 

Qeyd: Mahsa Aminini biz öldürməmişik deyən rejim qüvvələri küçələrə çıxıb etiraz edən qadınlara işgəncə verməkdə və öldürməkdə davam edir. İndiyə qədər İran protestlərində həyatını itirən qadınların bəziləri:

22 yaşlı Mahsa Amini baş örtüyünü düzgün taxmadığı üçün polis bölməsində döyülərək öldürülüb.

20 yaşlı Hadis Najafi Kərəc şəhərində Mahsa Amininin qətlinə etiraz aksiyasında iştirak etdiyi üçün polis tərəfində 6 güllə ilə öldürülüb.

23 yaşlı Hannaneh Kian Mazandaran şəhərində Mahsanın qətlinə etiraz edərkən polis tərəfindən güllələnib.

18 yaşlı Mahsa Mogoi - etirazlar əsnasında İsfahan şəhərində başından iki güllə ilə öldürülüb.

32 yaşlı Ghazaleh Chelavi - etiraz aksiyasında qətlə yetirilib. 

Minu Majidi - Kirmanşah şəhərində polis tərəfindən öldürülüb. O, iki uşaq anası idi.
qadinkimi.com
0.046288967132568